Mobil versiya
Azərbaycanda ən güclü külək 2007-ci ildə olub
Tarix: 31-03-2017 | Saat: 12:18
Bölmə:Gündəm / Manşet | çapa göndər

Azərbaycanda ən güclü külək 2007-ci ildə olub



“Azərbaycanda ən güclü külək Bakıda və Abşeron yarımadasında 2007-ci il 24-25 fevral tarixlərində qeydə alınıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumat a görə, iki gün davam edən şimal-qərb küləyinin maksimal sürəti 35-40 m/san təşkil edib: “Ölkə ərazisində əsən güclü külək aprelin 1-i səhər zəifləyəcək”.

Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, sabah səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi müşahidə olunacaq.

“Hazırda ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Axşama doğru və sabah səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi və günorta saatlarında şimal şərq küləyi ilə əvəz edilməsi gözlənilir”.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024