Mobil versiya
8 yaşdan yuxarı 18 uşaq I sinfə qeydiyyatdan keçib
Tarix: 30-03-2017 | Saat: 16:05
Bölmə:Təhsil | çapa göndər

8 yaşdan yuxarı 18 uşaq I sinfə qeydiyyatdan keçib



Bakı Şəhəri üzrə Təhsil İdarəsi martın 15-dən bu günə kimi I sinfə qəbulla bağlı elektron müraciət edən 8 yaşdan yuxarı və 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan uşaqların sayını açıqlayıb.

AİA.Az xəbər verir ki, BŞTİ-dən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 30 mart tarixli (saat 10:00) məlumata görə, Bakıda 8 yaşdan yuxarı 18 uşaq, 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan 3114 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib.

Qeyd edilib ki, 6 yaşı tamam olmayan uşaqların 2768 nəfəri məktəbəhazırlıq qruplarında təlim keçən uşaqlar olduğuna görə onlar müsahibəyə cəlb olunmayacaq.

Bildirək ki, I sinfə şagird qəbuluna martın 15-dən start verilib. Proses sentyabrın 15-ə kimi davam edəcək.

Nəzərinizə çatdıraq ki, uşağın yaşı 8-i ötübsə, həmin uşağın valideyni mektebeqebul.edu.az saytına daxil olaraq qeydiyyatdan keçməli və həftənin 1-ci və 4-cü günləri həm özünün, həm də uşağının şəxsiyyət vəsiqəsi ilə BŞTİ-ə yaxınlaşmalıdır. Valideynlər uşaqlarını da özləri ilə gətirməlidir. Yaşı 8-dən yuxarı olan uşaqlar fərdi təhsilə cəlb olunacaqlar.

Bundan başqa, 6 yaşı 16 sentyabr - 31 dekabr tarixlərində tamam olan uşaq məktəbəqədər hazırlıq kursunda təhsil alıbsa, dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaq.

Ümumi təhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024