Mobil versiya
Putin daha bir azərbaycanlı oliqarxı bitirir, Mənsimovun biznesi çökür
Tarix: 06-10-2015 | Saat: 13:29
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Putin daha bir azərbaycanlı oliqarxı bitirir, Mənsimovun biznesi çökür

Türkiyədə mənzillənmiş məşhir azərbaycanlı milyarder və oliqarx Mübariz Mənsimovun başı üstünü qara buludlar alıb

Virtualaz.org xəbər verir ki, Türkiyənin “Sözçü” qəzeti Mənsimovun Rusiya prezidenti Vladimir Putinlə aralarının pozulduğu, bu üzdən biznesinin çökməyə başladığı haqda sensasion məqalə ilə çıxış edib.

Qəzet “Palmali” şirkətlər qrupuna yaxın çevrələrə istinadən iddia edir ki, Rusiya və Azərbaycan neftinin daşınması ilə məşğul olan Mənsimovun maliyyə durumu hazırda ciddi şəkildə pisləşib. Oliqarx hətta “Palmali Havaçılık” şirkətinin qeydiyyatında olan biznes-jetlərini satışa çıxarıb və iki təyyarəni artıq satıb. Biznes-aviasiya xidmətləri göstərən bu şirkətin donanmasında 5 təyyarə var. Təyyarələrdən qiymət qoyulmadan internet üzərindən satışa çıxarılan ikisi - “Falcon 2000S” 25 milyon dollara, “Falcon F7” isə təxminən 50 milyon dollara başa gəlib.

Türkiyənin Mülki Aviasiya Xidmətinin məlumatına görə 2014-cü ildə istehsal edilmiş TC-VGP bort nömrəli “Falcon 2000S” model təyyarə üçün satış elanı verilib. Mənsimov həmçinin 50 milyon dollara başa gələn “Falcon F7” təyyarəsini də satışa çıxarıb.



Qəzetin yazdığına görə üzləşdiyi maliyyə sıxıntıları nəticəsində Mənsimov Bodrumun Gökçebel kəndi yaxınlığındakı “Cennet köyü” adlanan ərazini almaqdan da imtina edib. Mənsimovun şirkəti bir neçə ay əvvəl hərracda qalib gələrək bu ərazini 370 milyon TL-yə almışdı. Lakin oliqarx üzləşdiyi maliyyə sıxıntıları nəticəsində həmin ərazinin pulunu ödəyə bilməyib və təminat kimi yatırdığı pul dabatıb. TürkiyənRəsmi Gazetesində yerləşdirilmiş məlumatda təsdiq edili ki, Mənsimov ərazinin alınması üçün pulu ödəyə bilməyib və nəticədə ərazi hərracda ikinci ən yuxarı qiyməti verən şirkətə satılacaq.

Bundan başqa bir vaxtlar "Forbes"in ən varlılar siyahısında özünə yer etmiş M.Mənsimovun şəxsi sərvətinin də durmadan azaldığı xəbəri verilir. Builki siyahıda onun sərvətinin 1,3 milyard dollaradək azaldığı və dünya sıralamasında 1415-ci yerə gerilədiyi məlum olur.200-dən çox neft tankerinə sahib olan məşhur biznesmenin artıq otel və yaxtalarını, eləcə də digər turizm obyektlərini satmağa çalışması da sərvətini xilas etmək məqsədi kimi təqdim edilir.

Qəzet yazıb ki, Mənsimovun işlərinin zəifləməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı da ziyana salacaq. Belə ki, Mənsimov gəmiçilik biznesində Ərdoğanın ailə üzvləri ilə ortaqdır. “Palmali” şirkətinin sifarişi ilə inşa edilmiş 5 neft tankeri Ərdoğanın oğlu, yeznəsi və qardaşının ortaq şirkəti olan “BMZ Group Denizçilik” şirkətinin adına qeydiyyatdan keçirilib, daha sonra bu tankerlər Mənsimovun özünə uzunmüddətli kirayəyə verilib. İndi hesab edilir ki, Mənsimovun biznesinin çökməsi Ərdoğanın ailə üzvlərinin də biznesinə zərbə vuracaq.

Xatırladaq ki, Mənsimovun maliyyə vəziyyətinin yaxşı olmadığı haqda söz-söhbətlər bundan əvvəl də yayılırdı. Azərbaycanlı oliqarx, “Hafka” kimi tanınan Hafiz Məmmədov Mənsimovun ona 4 milyon dollar borcunun olduğunu, bu borcu oliqarxdan ala bilmədiyini dəfələrlə deyib.

Həmçinin Mənsimovun şirkətinin İŞİD-ə aid nefti daşımaqla məşğul olduğuna dair Qərb mənbələri bir neçə dəfə məlumat yayıb. Azərbaycanlı oliqarxın Rusiya elitası ilə yaxın münasibətləri çoxdan məlumdur, ancaq onun Putinlə münasibətlərinin niyə korlandığı haqda heç nə deyilmir. Xatırladaq ki, bundan əvvəl digər azərbaycanlı oliqarx Telman İsmayılov da məhz Putinin qəzəbinə gələndən sonra çökməyə başladı. Onun “Çerkizovsk” bazarı söküldü, Rusiyadan qaçmalı oldu və sonradan Putinlə barışmağa nail olsa da biznesini yenidən dirçəldə bilmədi. Hazırda T.İsmayılov borc içində batır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024