Mobil versiya
Ermənistanın müdafiə naziri: “Ordumuz döyüşə hazır deyil”
Tarix: 30-03-2017 | Saat: 13:36
Bölmə:Gündəm / Karusel | çapa göndər

Ermənistanın müdafiə naziri: “Ordumuz döyüşə hazır deyil”



"Respublika partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə müdafiə naziri postunda işimi davam etdirəcəyimə ümid edirəm".

AzVision.az xəbər verir ki, bunu rus jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib. Nazir mövcud təhlükə və təhdidlərlə bağlı deyib ki, müdafiə naziri postu Ermənistanın dövlət idarəetmə sistemində olduqca əhəmiyyətli və əsas vəzifələrdən biridir.

“İşləmək üçün geniş bir sahə görürəm və ümid edirəm ki, zamanın çağırışı və ölkənin müdafiə qabiliyyətinə təsir edə biləcək müdafiə sahəsində islahatların aparılması üçün lazımi vaxtım olacaq. Kompleks şəkildə həll edəcəyimiz xeyli məsələlər var”, - deyə Sarkisyan bildirib.

Müdafiə naziri vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün xeyli işlər görülməlidir: “Bu mənada, seçkilərdə Respublika partiyasının qalib gələcəyi təqdirdə mən və həmkarlarımın bu altı ay ərzində başladığımız işi davam etdirmək niyyətindəyik. Əminəm ki, biz bu işi sona qədər çatdıracağıq”.

Viqen Sarkisyan "döyüş qabiliyyətini artırmaq üçün xeyli işlər görülməlidir" deməklə Ermənistanın Azərbaycanla döyüşə hazır olmadığını etiraf edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024