Mobil versiya
İŞİD-in rəhbərləri qaçır
Tarix: 29-03-2017 | Saat: 15:24
Bölmə:Gündəm | çapa göndər

İŞİD-in rəhbərləri qaçır


Terrorçu İŞİD qruplaşmasının rəhbərləri Suriyanın Rakka şəhərindən qaçmağa başlayıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

İŞİD-in 80-ə yaxın fəalı ailə üzvləri ilə birlikdə qayıqla Fərat çayından keçərək qaçıblar.

Bu terrorçuların Rakkadan qaçışının ikinci dalğasıdır. Təxminən iki həftə əvvəl İŞİD-in 300-ə yaxın daha aşağı vəzifəli üzvləri şəhəri tərk edib.
Onların Suriyanın Dirəz-Zur əyalətinin Hama bölgəsinə qaçdıqları ehtimal edilib.

İŞİD liderlərinin Mosulda olan ailə üzvləri ilə yanaşı İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin də bu axına qoşulduğu ehtimal edilir.
Rakka şəhərini "paytaxt” elan edən terrorçuların təmizlənəcəyi ilə bağlı əməliyyatların başlayacağı haqda da xəbərlər yayılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024