Mobil versiya
Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ
Tarix: 29-03-2017 | Saat: 15:13
Bölmə:Gündəm / Karusel | çapa göndər

Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ



Sumqayıt Dövlət Universiteti tərəfindən martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada dünyasını dəyişən tələbələrin ailələrinə yardım edilib.

AİA.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə qəzadə həlak olan tələbə Nəsibov İbrahimin valideynləri bildiriblər. Onların sözlərinə görə, övladının dəfnində iştirak edən universitet kollektivi və rektoru onlara 500 manat məbləğində pul vəsaiti verib. Məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili təsdiqləsə də məbləği açıqlamayıb. O bildirib ki, vəsait nəğd şəkildə dəfn günündə dünyasını dəyişən tələbələrin valideynlərinə verilib.

Bundan başqa Nəsibov İbrahimin valideynləri Şuşa Rayon İcra Hakimiyyətindən gileyləniblər. Onlar icra başçısı Bayram Səfərovun başsağlığı belə vermədiyini söyləyiblər.

Xatırladaq ki, martın 9-da baş verən qəzada "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 6 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024