Mobil versiya
Sarkisyan ATƏT-i saymır
Tarix: 29-03-2017 | Saat: 13:42
Bölmə:Siyasət | çapa göndər

Sarkisyan ATƏT-i saymır



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) Ermənistanda keçirilən seçkilərlə bağlı bu ölkəyə dəfələrlə öz tövsiyyətlərini və iradlarını bildirib. Tövsiyyələr ATƏT-in öhdəliklərini və digər beynəlxalq standartlara müvafiq demokratik seçkilərin keçirilməsini təmin etməkdən ibarətdir.

Ermənistanln “Joğovurd” qəzetinin yaydığı məlumata əsasən Sarkisyan hakimiyyəti indiyədək ATƏT-in bu tövsiyyələrindən heç birini icra etməyib. Xüsusilə 2013-cü ildə prezident seçkilərindən sonra qarşıya qoyulan tövsiyyələrdə vəzifəli şəxslərin inzibati-idarəçilik vasitələrin istifadəsindən çəkinmələri üçün konkret tələblər qoyulmuşdu.

Qəzet, həmçinin seçki kampaniyası üçün rəsmi mövqe və idarəçilik resurslarından sui-istifadənin də Cinayət Məcəlləsində cinayət kimi müəyyənləşdirilməli olduğunu yazıb. Erməni KİV Cinayət Məcəlləsində bənzər maddənin möhkəmləndirməməsini önə çəkib.

Daha sonra qeyd edilib ki, Ermənistanda Sarkisyan partiyası (Ermənistan Respublika Partiyası) ətrafında baş verən son skandal baş nazir Karen Karapetyanın seçki kampaniyasında aktiv iştirakı ilə əlaqədardır. Bu isə açıq-aşkar dövlət idarəçiliyindən sui-istifadə deməkdir.

ATƏT və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) beynəlxalq çağırışlarına, tövsiyyələrinə məhəl qoymayan Sarkisyan hakimiyyəti parlament seçkilərində də idarəçilik resurslarından sui-istifadə edərək bundan maksimum faydalanmağa çalışır.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə