Mobil versiya
Sabahın HAVAsı
Tarix: 29-03-2017 | Saat: 13:33
Bölmə:Gündəm | çapa göndər

Sabahın HAVAsı



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 13-18° isti, Bakıda gecə 5-7° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024