Mobil versiya
Təfəkkür Universitetinin Kiyev filialının rektoru saxlanılıb
Tarix: 05-10-2015 | Saat: 15:10
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər

Təfəkkür Universitetinin Kiyev filialının rektoru saxlanılıb
Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev Almaniyada saxlanıb

APA-nın məlumatına görə, bu barədə R. Əliyevin təsisçisi olduğu saytın işçiləri "Facebook" sosial şəbəkəsində məlumat yayıblar.

Onlar bildiriblər ki, bu gün İnterpolun əməkdaşları R. Əliyevin işlədiyi ofisə gələrək onu tutublar. O, Almaniyanın Nürnberg həbsxanasına aparılıb.

Qeyd edək ki, İnterpol R. Əliyevin Azərbaycan tərəfindən axtarışa verilməsi barədə bu ilin may ayında məlumat yayıb. Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Xatırladaq ki, R. Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024