Mobil versiya
Cem Yılmaza qarşı gözlənilməz ittiham
Tarix: 29-03-2017, 13:23 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Cem Yılmaza qarşı gözlənilməz ittiham



İstanbul Texnik Universitetinin professoru Orhan Kural Cem Yılmazın prodüseri olduğu "Deli Aşk" filminə görə şikayətçi olub.

AİA.Az axşam.az-a istinadən bildirir ki, o, "Mən Cem Yılmazın tütün şirkətləri tərəfindən gizli sponsor olaraq istifadə edildiyini düşünürəm" deyib.

Professor aktyorun özünün də iştirak etdiyi 2 dəqiqə 30 saniyə ərzində 26 saniyənin siqaret reklamı olduğunu söyləyib:

"Filmdə bariz şəkildə spirtli içkinin də təbliğatı var. Cem Yılmaz dərdlərdən və xəstəliklərdən xilas olmasının tək çarəsini alkoqollu içkidə görür və həmin əsnada özü də içki içir. Tütün şirkətlərinin də Cem Yılmazı istifadə etdiklərini düşünürəm".

O.Kural illər əvvəl çəkilən "Hababam Sınıfı" kimi filmlərdə də gəncləri siqaretə istiqamətləndirmənin olduğunu bildirib.

AİA.az



5509 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930