Mobil versiya
Ata çəkiclə 7 yaşlı oğlunu öldürdü
Tarix: 29-03-2017 | Saat: 09:41
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Ata çəkiclə 7 yaşlı oğlunu öldürdü




Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu amansızlıqla öldürüb. AİA.az APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı (2010-cu il təvəllüdlü) oğlu - Röyamini xüsusi amansızlıqla qətlə yetirib.

Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024