Mobil versiya
Metropoliten İŞÇİ AXTARIR
Tarix: 27-03-2017 | Saat: 16:17
Bölmə:Gündəm | çapa göndər

Metropoliten İŞÇİ AXTARIR

Qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edilir.

AİA.Az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir. Vakansiya üzrə tələblər bunlardır:

- Əsas tələb: Qülləli kranı idarə etmə hüququnu təsdiq edən sənəd ;

- İş stajı: 3 ildən yuxarı;

- Yaş: 25-45;

- Hərbi mükəlləfiyyətli.

Bu vəzifəyə işə düzəlmək istəyənlər bunları bilməlidir:

- Təyin edilmiş peşə təlimatına əsasən qülləli kranların təhlükəsiz istismar edilməsini;

- Kranların quruluşu və təhlükəsiz istismar qaydalarını, kran maşinistinin təlimatını və ilməkçilərin təlimatını;

- İşə başlamazdan əvvəl kranın bərkidilməsinin etibarlılığını yoxlamağı, kranın əsas hissələrini vizual baxışdan keçirməyi, istiqamətləndirici və yük qaldırıcı kanatların vəziyyətini yoxlamağı;

- İlməkçi və ya işarəçi tərəfindən verilən işarəyə əsasən yüklərin qaldırılmasını, endirilməsini;

- Elektrotexnika və çilingər işini.

İş rejimi saat 08:00-dan 17:00-dək olacaq. Maraqlanan şəxslər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qülləli kran maşinisti" peşəsinin qeyd edilməsi zəruridir. Müraciət üçün son tarix martın 31-i müəyyən edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024