Mobil versiya
Mədəniyyət və Turizm Nazirliyinə yeni səlahiyyət verildi
Tarix: 4-10-2015, 17:34 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

Mədəniyyət və Turizm Nazirliyinə yeni səlahiyyət verildi

Nazirlər Kabineti“Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nda dəyişiklik edib

APA-nın məlumatına görə, tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısına 2 şərt daxildir.

Bu şərtlərdən birincisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. İkinci şərt isə tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinə onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

“Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nda edilən dəyişiklik tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinə onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirləri həyata keçirəcək orqanın müəyyənləşməsi ilə əlaqədardır. Dəyişikliyə əsasən bu sahədə səlahiyyəti Mədəniyyət və Turizm Nazirliyi həyata keçirəcək.

Nazirlər Kabinetinin qərarında həm də “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nda dəyişikliklərin Azərbaycan Respublikası prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nə uyğun edilə biləcəyi də əksini tapıb. Yəni yuxarı dövlət orqanı və ya müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin orqanlarla razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.



5485 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031