Mobil versiya
FHN bayramda gücləndirilmiş rejimində işləyəcək
Tarix: 17-03-2017 | Saat: 15:41
Bölmə:Gündəm | çapa göndər

FHN bayramda gücləndirilmiş rejimində işləyəcək

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024