Mobil versiya
Erməni general Qarabağda yaralandı? - YENİLƏNİB - FOTO
Tarix: 17-03-2017 | Saat: 10:53
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Erməni general Qarabağda yaralandı? - YENİLƏNİB - FOTO


Qondarma "DQR"in "müdafiə naziri", general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.

AİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin "DQR müdafiə nazirliyi"nin nümayəndəsi Senor Həsrətyan "Novosti Armeniya" agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, "dezinformasiya" adlandırıb.

Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, "Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan" hərbçiləri mükafatlandırıb.

----------

10:08

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun generalı və iki yüksək rütbəli zabiti ağır yaralanıb.

AİA.Az xəbər verir ki, apa.tv-nin "Iragir.am" saytına istinadən verdiyi məlumata görə, onlar partlayış nəticəsində ağır xəsarət alıblar. Partlayışın hansı səbəbdən və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Yaralı general-leytenant Levon Mnatsakanyan və iki zabit xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu deyilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə