Mobil versiya
Bərdədə qardaş bacısını baltaladı - TƏFƏRRÜAT - YENİLƏNİB
Tarix: 16-03-2017 | Saat: 16:19
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bərdədə qardaş bacısını baltaladı - TƏFƏRRÜAT - YENİLƏNİB




15:45

Bu gün Bərdə şəhərində baş verən dəhşətli qətlin ilkin təfərrüfatı bəlli olub.

Milli.Az xəbər verir ki, Bərdə Şəhər Polis Şöbəsindən virtualaz.org saytına bildiriblər ki, hadisə qısqanclıq zəminində baş verib. "İlkin məlumatlara görə, 22 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 21 yaşlı bacısı Leyla İbrahimli ilə münaqişə edib. Bundan sonra o, bacısını baltalayaraq öldürüb. Bacısını öldürəndən sonra isə polis şöbəsinə gələrək, törətdiyi hadisəni etiraf edib", - polisdən bildiriblər.

Məlumatlara görə, Leyla İbrahimli bir müddət əvvəl qeyri-rəsmi yaşadığı kişi ilə ayrılıb. Hazırda polis əməkdaşları hadisə yerindədir.

Faktla bağlı cinayət işi açılıb.

--------

13:48

Bərdə rayonunda qardaş bacısını balta ilə öldürüb.

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Hafiz Məmmədov bacısı 21 yaşlı Leyla Məmmədovanın başından balta ilə bir neçə zərbə vuraraq öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024