Mobil versiya
"Ermənistan bütün görüşlərdən qaçır" - XİN rəsmisi
Tarix: 16-03-2017, 11:13 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Ermənistan bütün görüşlərdən qaçır" - XİN rəsmisi



Ermənistan prezidenti Serj Sarkisyanın İspaniyanın Efe agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi bəyanatlarına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Efe agentliyinə “Bakı hesab edir ki, Qarabağ danışıqlarına hər hansı qeyd-şərtin qoyulması şantajdır” adı altında müsahibə verib.

XİN-nin Mətbuat xidmətindən verilən məlumatına görə, Efe agentliyi vasitəsilə müsahibə İspaniya və Latın Amerikasının aparıcı mətbuat orqanlarında, o cümlədən “Lavanguardia”, “Elconfidencial”, “Eldiario” və digərlərdə dərc olunub.

Müsahibədə H.Hacıyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması Ermənistan tərəfindən qəsdən danışıqların pozulması, boykot və şantaj edilməsidir. O bildirib: “Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı”.

Müsahibə əsnasında H.Hacıyev bildirib ki, Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişəsinin həlli üzrə substantiv danışırlar paralel və sinxron şəkildə aparılmalıdır. XİN rəsmisi deyib: “ Ermənistanın substantiv danışıqlardan imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi ilə müşayiət olunur”.

Bütün bunların Ermənistanın açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasəti yürütməsinin göstəricisi olduğunu deyən H.Hacıyev Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqlara hazır olduğunu qeyd edib.

AİA.az



5359 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}