Mobil versiya
Həkimə gələn ana və qızı bir evdə öldü - XIRDALANDAKI FACİƏ
Tarix: 15-03-2017 | Saat: 16:25
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Həkimə gələn ana və qızı bir evdə öldü - XIRDALANDAKI FACİƏ


Bu gün Xırdalanda baş verən faciəvi hadisədə həyatını itirən şəxslərdən 4-ü qohum olub.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, yatdıqları yerdə dəm qazının qurbanı olan həmin şəxslər Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva və onun qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı, həmçinin, onların qohumları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır.

Bildirilir ki, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Onun qohumu Nübar Musayeva isə Balakəndə yaşayırmış. O, ötən gün qızı Aytən Musayevanı Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qohumunun yaşadığı evdə gecələmək istəyib və o gecə ana-balanın son gecəsi olub.

Əldə etdiyimiz məlumata görə, ölən qızı ilə birlikdə dünyasını dəyişən N.Musayevanın oğlu hazırda hərbi xidmətdədir.

Turanə və Lamiyə Xanlayevalar isə dünyasını dəyişən ana-balanın yaxın qohumu olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024