Mobil versiya
Gömrükdən 55 kq zəli keçirmək istədi
Tarix: 13-03-2017 | Saat: 17:46
Bölmə:Cəmiyyət | çapa göndər

Gömrükdən 55 kq zəli keçirmək istədi




Azərbaycan gömrükçüləri daha bir fakt üzrə külli miqdarda zəlinin ölkə ərazisindən qanunsuz yolla çıxarılmasına cəhdin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, DGK-nın Astara Gömrük İdarəsinin yük şöbəsində İran vətəndaşı Shafabakhsh Mehran Omran oğlunun idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı, avtomobilin kabinəsində gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 55 kq olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilib.
Tibbi təyinatlı bu zəlilər Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib və faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Astara Gömrük İdarəsində bundan öncə digər İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı nəticəsində isə ümumi sayı 29 min ədəd olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilmişdi.

Bu növ zəlilər "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiya (CITES) ilə müəyyən edilmiş siyahıya daxildir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024