Mobil versiya
Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirəcək
Tarix: 13-03-2017 | Saat: 17:37
Bölmə:Gündəm | çapa göndər

Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirəcək


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 17-də Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

AİA.az FHN-in saytına istinadən xəbər verir ki, qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 16 mart 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024