Mobil versiya
Nazirlik 5550 nəfərə maşın verib
Tarix: 02-10-2015 | Saat: 12:57
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Nazirlik 5550 nəfərə maşın verib

“İndiyədək Azərbaycanda dövlət tərəfindən minik avtomobili ilə təmin olunan imtiyazlı şəxslərin 31,2 faizinə məhz 2014-cü il və cari ilin ötən dövründə avtomobil verilib”

Bunu Təqdimetmə mərasimində ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib. O, bildirib ki, Nazirlik cari il ərzində növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini “Naz-LİFAN” markalı minik avtomobili ilə təmin edib.

Ç.Əliyev bildirib ki, dövlət başçısının müvafiq sərəncamları əsasında 2014-cü ilədək növbəyə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər avtomobillə tam təmin edilərək, artıq cari ildə növbəyə dayananlara avtomobillərin verilməsi həyata keçirilir: “Ümumilikdə indiyədək Azərbaycanda dövlət büdcəsi hesabına 5550 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. Onların 31,2 faizinə, yəni 1733 nəfərinə məhz 2014-cü il və cari ilin ötən dövründə minik avtomobili təqdim edilib. Bu isə Azərbaycanda iqtisadi artım tempinin və bununla bərabər bütün sosial proqramların yüksələn xətlə davam etdirildiyinin daha bir əyani göstəricisidir”.

Xidmət rəisi bununla son bir ayda artıq 200 nəfər müvafiq şəxsə minik avtomobili verildiyini və ilin sonunadək bu prosesin uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Minik avtomobili ilə təmin olunanların 54 nəfərini Qarabağ müharibəsi və 9 nəfərini Böyük Vətən müharibəsi əlilləri, 15 nəfərini Çernobıl AES və 1 nəfərini 20 Yanvar əlilləri, digərlərini isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar təşkil edib. (azvision.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024