Mobil versiya
İlin ən kədərli fotosunu Elton Con aldı - FOTO
Tarix: 13-03-2017 | Saat: 11:23
Bölmə:Media / Aia TV | çapa göndər

İlin ən kədərli fotosunu Elton Con aldı - FOTO

Dünyanın ən məşhur bəstəkar və müğənnilərindən biri Elton Con "ilin ən kədərli fotosu" sayılan, suriyalı uşağın əks olunduğu fotonu satın alıb. Həmin foto indi ser Elton Conun geniş və bahalı kolleksiyasındadır.

Milli.Az The Guardian-a istinadən bildirir ki, 5 yaşlı Ümran Dahneşin əks olunduğu foto sosial şəbəkələrdə və mediada yayılandan sonra şok effekti yaratmışdı. Bu foto Suriyadakı uşaqların məşəqqətlərinin, əzablarının simvoluna çevrildi.

Hələbdə yaşayan Ümran bombardmanda darmadağın olmuş binanın xarabalıqları altından çıxarılmışdı. Təcili yardım maşınında oturdulmuş Ümranın simasındakı kədər, ümidsizlik, qorxu milyonlarla insanı riqqətə gətirmişdi.

Suriyalı fotoqraf Mahmud Rəslanın çəkdiyi bu fotou 69 yaşlı Elton Con İnstagram-dakı profilində də paylaşıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024