Mobil versiya
Rozanın toyu olacaqmış - Amma nişanlısı cənazəni daşıdı...
Tarix: 11-03-2017, 17:54 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Rozanın toyu olacaqmış - Amma nişanlısı cənazəni daşıdı...

Yeniçağ.az saytı dünən Sumqayıt yolunda baş verən dəhşətli qəzada vəfat edən 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızının evindən reportaj hazırlayıb.

AİA.az həmin materialı təqdim edir:

“Artıq toy gününü də təyin etmişdilər: aprelin 26-da toyu olacaqdı. Əyninə gəlinlik paltarı geyinib, başına duvaq örtəcək, sevgilisinə qovuşacaqdı. Atası cehizini ər evinə yola salmış, Rozaya gəlin otağı bəzənmişdi.

Amma əcəl aman vermədi. Dünən, mart ayının 9-da səhər dərsə gedən Roza Bakı-Sumqayıt yolunda şütüyən qırmızı Əzrayılın qurbanı oldu. 20 yaşında həyatı ilə vidalaşan Rozanın qəfil ölüm xəbəri əzizlərinin, doğmalarının belini bükdü. Roza Muradovanın cənazəsi Hövsan qəsəbəsindəki baba ocağından son mənzilə yola salınıb.

Dəhşətli mənzərədir. İnsanın qanı donur. Rozanın anası onun ölümündə özünü qınayır. Büllurə xanım deyir ki, qızı həmin gün heç dərsə getmək istəmirmiş.

Rozanın toyu olacaqmış - Amma nişanlısı cənazəni daşıdı...

- Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən. Dedi, nəsə getmək istəmirəm. Könülsüz qalxdı. Mənə dedi ki, ay ana, bayramın səhəridi, gəl de görüm, nə geyinim ki, qəşəng görünüm. Dedim ay qızım, sən onsuz da gözəlsən, nə geyinsən yaraşacaq. Düz 1saat sonra atasına zəng etdilər ki, qızınızın olduğu avtobus qəzaya uğrayıb, Roza yaralanıb. Yoldaşımla başılovlu çıxdıq. Sən demə, bədbəxt balam, iki oturacağın arasında sıxışıb qalıb, beyni partlayıb”.

Əmisinin yoldaşı Aydanə gözyaşları içərisində Rozadan danışır:

“O, mələk kimi qız idi, elə mələk kimi də uçub getdi. Deyib-gülən, zarafatcıl, həyat eşqi ilə yanan bir qız idi Roza… Xətrini o qədər çox istəyirdik ki, onu görəndə həmişə gülürdük. Həmişə xoşbəxt gələcək barəsində düşünürdü. Deyirdi, institutu qurtarıb işləyəcəm, gözəl ailəm, övladlarım olacaq. Yazıq bala, arzuları ürəyində qaldı. Atası dünəndən ruh kimidir. Deyir ki, məni də qızımla bərabər basdırın”.

Doğmaları Rozadan ayrıla bilmir. Tükürpədən mənzərəni göz yaşı olmadan seyr etmək mümkün deyil. Cənazənin altına bəy otağı qara bəzənən Zakir girib. 17 yaşlı İsa isə bundan sonra dünyalar qədər sevdiyi bacısının – Cənnət quşu Rozanın şəkilləri ilə yaşayacaq.

Ruhu şad olsun...”

AİA.az

Rozanın toyu olacaqmış - Amma nişanlısı cənazəni daşıdı...

Rozanın toyu olacaqmış - Amma nişanlısı cənazəni daşıdı...



55 487 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930