Mobil versiya
Amerikalı diplomat Dilqəm və Şahbazdan danışmaq İSTƏMƏDİ
Tarix: 11-03-2017 | Saat: 15:36
Bölmə:Gündəm / Karusel | çapa göndər

Amerikalı diplomat Dilqəm və Şahbazdan danışmaq İSTƏMƏDİ

"Səmimiyyətlə deməliyəm ki, cəbhədəki vəziyyətdə zorakılığın artması riski daha böyükdür". Modern.az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.

O, münaqişənin həllində diplomatiyanın gücünə inandığını bildirib.

"Belə olmasaydı, ümumiyyətlə heç bir danışıq aparılmazdı".

Hoqland Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə də toxunub.

O qeyd edib ki, hər kəs bu məsələdən xəbərdardır. "Lakin bu, mürəkkəb məsələdir. Mən istəməzdim ki, əlavə hər hansı bir mövqe bildirim. Çünki, bununla məsələni daha da mürəkkəbləşdirmək istəmirəm".

Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024