Mobil versiya
Azərbaycanda məcburi köçkünlərin maddi vəziyyəti yaxşılaşdırılır
Tarix: 02-10-2015 | Saat: 12:23
Bölmə:Gündəm / Karusel | çapa göndər


Artur Rasizadə qərarında dəyişiklik etdi.

Baş nazir Artur Rasizadə “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əmək haqlarının verilməsini təmin edir.

İndiyə qədər büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda orta aylıq əməkhaqqının verilməsi dayandırılıb.

Dəyişikliyə əsasən bundan sonra işlə təmin edilməmiş məcburi köçkünlərə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda deyil, pensiya yaşına çatdıqda orta aylıq əməkhaqqının verilməsi dayandırılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024