Mobil versiya
"İvana mənə görə qovularsa, vicdan əzabı çəkərəm"
Tarix: 11-03-2017, 13:07 | Saat: 15:47:00
Bölmə:Dünya / Karusel | çapa göndər

"İvana mənə görə qovularsa, vicdan əzabı çəkərəm"

"İşte Benim Stilim" dəb yarışmasında münsiflər İvana Sert və Nur Yerlitaş arasındakı mübahisə sona çatıb.

AİA.Az axşam.az-a istinadən bildirir ki, verilişi çəkən şirkət İvananı proqramdan uzaqlaşdırsa da, Yerlitaş bu qərarla razılaşmayıb və verilişin rəhbərliyinə zəng vuraraq "İvana mənə görə qovulub işsiz qalarsa, vicdan əzabı çəkərəm, çox kədərlənərəm" deyib. Bu səbəbdən İvana da geri qayıdıb.

İki gündür İvanasız davam edən çəkilişlərdən sonra Nur açıqlama verib:

"Aramızda bir problem yaşandı. İkimiz də əsəbi idik. Mübahisəmizin səbəbi iş günləri ilə bağlı idi. Problemi həll edə bilməyəndə prodüser də işə qarışdı. Mən çəkilişlərin həftəsonu olmasını istəyirdim. Çünki həftə içi atelyemdə işlərim olur. İvana isə əksinə, həftəsonunu övladı ilə birgə istirahət etmək istəyir. Bu səbəbdən əsəblər tarıma çəkildi. Ortalıq sakitləşdikdən sonra oturub müzakirə etdik. Bir həftə onun dediyi kimi, bir həftə də mənim dediyim kimi olacaq. Hazırda problem yoxdur. Çəkilişlərə qaldığımız yerdən davam edirik".

AİA.az



5670 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

10-12-2019
09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031