Mobil versiya
İtlər şagirdlərə hücum etdi - Kənd əhalisi qorxu içində
Tarix: 10-03-2017 | Saat: 20:43
Bölmə:Cəmiyyət | çapa göndər

İtlər şagirdlərə hücum etdi - Kənd əhalisi qorxu içində








Sahibsiz itlər yenə də dişlərinin gücünü sınayıb.

Aia.Az ARB Şəkiyə istinadən xəbər verir ki, bu dəfə hadisə Oğuzun Padar kəndində məktəbdə baş verib. Vəhşi itlər məktəblilərə hücum çəkib. Hadisə səhər saatlarında məktəbin həyətində baş verib. Yaxınlıqda olan müəllim və valideynlərin köməkliyi ilə çətinliklə uşaqlar itin əlindən alınıb. Hadisədən sonra məktəblilər dərhal xəstəxanaya çatdırılıblar.

Uşaqlara ilkin tibbi yardım göstərilib, vaksin vurulduqdan sonra evə buraxılıblar. Sakinlər bildirir ki, buna bənzər hadisə kənddə dəfələrlə baş verib.

Bununla bağlı aidiyyatı qurumlara da məlumat verilib. Hadisədən sonra isə təbii olaraq, uşaqlar məktəbə təşviş içində gedib-gəlir.

Murad Ustakişiyev (xəsarət alan uşaq) : "İt məktəbdə dişlədi. Müəllim dedi ki, çıxıb 2 saat oynayın. Uşaqlarla oynadığım yerdə it dişlədi".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024