Mobil versiya
Qənirə Paşayeva "Vikipediya" ilə bağlı çağırış etdi
Tarix: 10-03-2017 | Saat: 14:17
Bölmə:Siyasət | çapa göndər

Qənirə Paşayeva "Vikipediya" ilə bağlı çağırış etdi

Millət vəkili Qənirə Paşayeva "Vikipediya"da Azərbaycan əleyhinə yayılan yanlış məlumatlara qarşı daha fəal mübarizəyə çağırıb.
Modern.az xəbər verir ki, o, bu gün Milli Məclisdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunda dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu haqda çıxış edib.

Qənirə Paşayeva dünyada çox populyar olan "Vikipediya"da Azərbaycanın tarixi, tarixi şəxsiyyətləri , mədəniyyəti və digər məsələrdə çox ciddi yanlış məlumatların geniş yayıldığını diqqətə çatdıraraq, buna qarşısının alınması istiqamətində səyləri artırmağa, "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün ciddi addımlar atmağa çağırıb.

O bildirib ki, müxtəlif ölkələrdən insanlar Azərbaycanla bağlı məlumat almaq istədikdə daha çox müraciət edilən ünvanlardan biri "Vikipediya"dır.

“Burada Azərbaycanla bağlı yanlış məlumatların olması hamımızı narahat etməlidir və "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün müvafiq qurumlar və cəmiyyət olaraq səylərimizi artırmalıyıq”.

Qənirə Paşayeva Azərbaycanın müxtəlif bölgələri, tarixi yerlərimizlə bağlı adların .com, .net, .org domenlərinin bəzilərinin ölkəmizin düşmənlərinin əlinə keçməsi və bundan Azərbaycana qarşı yanlış məlumatlar yaymaq üçün istifadə etdiklərini diqqətə çatdırıb.
"Bu hallar hamımızı narahat etməlidir və bunun qarşısının alınması istiqamətində daha nələr edə bilərik deyə, müzakirələr aparıb səylərimizi daha da artırmalıyıq".

Deputat "ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə hər birimiz, bütün qurumlarımız səylərimizi daha da artırmalıyıq" deyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024