Mobil versiya
Azərbaycana narkotiklər BU ÖLKƏLƏRDƏN gətirilir
Tarix: 10-03-2017 | Saat: 11:56
Bölmə:Gündəm / Manşet | çapa göndər

Azərbaycana narkotiklər BU ÖLKƏLƏRDƏN gətirilir

2016-cı il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 162 nəfər, o cümlədən 122 Azərbaycan vətəndaşı və 40 əcnəbi vətəndaş (30 İran, 2 Rusiya, 2 Türkiyə, 2 Belarus, 1 Gürcüstan, 1 Hindistan, 1 Pakistan və 1 Tacikistan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb. 29 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

AİA.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda göstərilib ki, 109 halda narkotiklər İrandan, 5 halda Rusiyadan, 4 halda Türkiyədən, 1 halda Kanadadan, 1 halda İsraildən, 1 halda Gürcüstandan gətirilərkən, 1 halda Rusiyaya, 1 halda Gürcüstana, 1 halda İrana aparılarkən və 5 halda isə tranzit yolla (İran-Azərbaycan-Almaniya, İran- Azərbaycan- Ukrayna, İran-Azərbaycan-Gürcüstan-Ukrayna, İran-Azərbaycan-Belçika, İran-Azərbaycan-Gürcüstan marşrutları üzrə) keçirilərkən saxlanılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024