Mobil versiya
"Bir kağız parçasını övladından əsirgəyən fırıldaqçı... " - Vüsalə Əlizadə
Tarix: 09-03-2017 | Saat: 19:59
Bölmə:Dünya | çapa göndər

"Bir kağız parçasını övladından əsirgəyən fırıldaqçı... " - Vüsalə Əlizadə

"Həyəcanımın həddi-hüdudu yox idi. Elə bil həyatımın ilk sınağı idi. Balam ilk dəfə idi ki, bağçada bayram tədbirində iştirak edirdi. Bəlkə də "Analar günü"nə həsr olunduğu üçün belə həyəcanlı idim. Amma bu həyatımın ən gözəl hədiyyəsi idi. Valideyn kimi ilk dəfə idi Diləyimin uğuruna sevincdən ağlayırdım. Son nəfəsimə kimi yanında, arxanda mən varam, gözümün nuru, nəfəsim".

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb.

Qızı Diləyin ilk bayram şənliyinə qatılan aparıcı təəssüratlarını bölüşüb:

"Allahım bizi heç kimə möhtac eləməsin. İndi hər şeyini tək başıma edə bilirəm. Buna görə Allahım mənə güc, ruzi verdi. Məni ana edən Allahıma təşəkkür edirəm. Tək Allah olsun yanımda yetər mənə".

V.Əlizadə qızını tək böyütməsindən söz açıb:

"4 ildir ana-bala əl-ələ verib yaşadıq, böyüdük. Bundan sonrasına qorxum yoxdur. Uşağa sevgi şəkillə, yalan oyunlarla, özünə reklam, artistliklə olmur. Onunla uşağın nə qarnı doyur, nə ruhu qidalanır. Uşağını ən özəl gündə belə yada salmayanlar var. Bir kağız parçasını, sənədi balasından əsirgəyən fırıldaqçılar var. Allah hər kəsi belə nankorlardan qorusun.

Qızımın 5 yaşı var, rəqəmləri yazmağı, oxumağı bilir. 35 ilin pedaqoqu anam Lütfiyyə xanımın sayəsində bunları öyrənib. Əvvəl Diləyi bağçaya göndərmək istəmirdim. Çox sağ ol, həyatımın mələyi, sənə bir ömür borcluyam. 3 həftədir Diləyim bağçaya gedir".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024