Mobil versiya
Mərkəzi Bankdan banklara – TƏLƏB
Tarix: 01-10-2015 | Saat: 15:28
Bölmə:Siyasət / İqtisadiyyat / Aia TV | çapa göndər



AMB məlumat yaydı.

Bəzi KİV-də Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarına plastik kartların təhlükəsizliyini təmin etmək üçün ilin sonuna qədər vaxt verildiyi yazılmışdı.

Bildirilib ki, AMB-in tələbinə əsasən yaxın 3 ay ərzində bütün bankomatlarda azı 2 kamera quraşdırılmalıdır.

Oxu.Az məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) mövqeyini öyrənib.

Bankdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.06.2014-cü il tarixli 15/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na 30.06.2014-cü il tarixindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş dəyişikliklərə görə 01.07.2015-ci il tarixindən aşağıdakı tələblər qüvvəyə minib.

7.8. Ekvayerə məxsus bankomatlar ən azı aşağıdakı tələblərə cavab verməlidir:

7.8.1. Bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilməlidir;

7.8.2. bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalıdır;

7.8.3. daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır;

7.8.4. açıq ərazilərdə quraşdırılmış bankomatlar əlavə olaraq titrəyiş, istilik sensorları ilə təmin edilməlidir;

7.8.5. açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı (və ya ətrafındakı) 2 (iki) metrdən az olmayan ərazi sutkanın qaranlıq vaxtı (sutkanın günəş batandan günəş çıxanadək olan hissəsi) aydın şəkildə işıqlandırılmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024