Mobil versiya
Ölən tələbələrin sayı 5-ə çatdı - ADLAR- YENİLƏNİB
Tarix: 09-03-2017 | Saat: 11:50
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Ölən tələbələrin sayı 5-ə çatdı - ADLAR- YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb. AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Qeyd edək ki, ölənlərin hamısı tələbədir.

Onların dördünün adı məlum olub. Belə ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim, 1999-cu il təvəllüdlü Canıyev Rəşad və 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.

Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. L.Nəsibova əməliyyat edilib, vəziyyəti kritikdir.

İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.

***



(Qəzada dünyasını dəyişən tələbə 1999-cu il təvəllüdlü Canıyev Rəşad)


(Qəzada dünyasını dəyişən tələbə 1996-cı il təvəllüdlü İbrahim Nəsibov)

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, qəzada ölən şəxslərin 3-ü tələbədir. Onlardan ikisi oğlan, biri isə qızdır.

***

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun maneəyə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin iki tələbəsi həyatını itirib, bir neçə tələbə isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib.

SDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hal-hazırda Sumqayıt Dövlət Universitetinin rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya veriləcək.

Qeyd edək ki,Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən qəza zamanı 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.

***

Qəza zamanı dünyasını dəyişən tələbələrin adları məlum olub.

SDU-nun mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova AzVision.az-a bildirib ki, Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı yaralanan tələbələr Sumqayıt Şəhər Xəstəxanasına və Bakıda yerləşən 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

AİA.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024