Mobil versiya
"Atam razı deyildi, amma 14 yaşımda məni ərə verdi" - FOTO
Tarix: 8-03-2017, 14:23 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Seçilənlər-6 / Manşet2 | çapa göndər

"Atam razı deyildi, amma 14 yaşımda məni ərə verdi" - FOTO

Banqladeş parlamenti ölkədə yetkinlik yaşına çatmayanlarla nikahı yasaqlayan qanunun şərtlərini yumşaldıb. Ekspertlərin dediklərinə görə, bu fakt ölkədə illərdən bəri yeniyetmə qızlar arasında hamiləliyə, habelə ana və uşaq ölümlərinə qarşı mübarizə sahəsinə səyləri heçə endirə bilər.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Banqladeşdə 1929-cu ildə qəbul olunmuş "Uşaqla nikahın məhdudlaşdırılması haqqında" qanuna edilən yeni əlavələrə və dəyişikliklərə görə, 18 yaşına çatmamış qızla nikah "müəyyən şərtlər çərçivəsində" mümkündür.

"Atam razı deyildi, amma 14 yaşımda məni ərə verdi" - FOTO

Banqladeşin baş naziri Şeyx Hasina və nazirlərin dediklərinə görə, dəyişikliklərə səbəb hamilə qalmış yeniyetmə qızların ictimai qınaqdan və təqiblərdən qurtulmalarına şərait yaratamasıdır.

"Əyalətlərdə, kəndlərdəki cəmiyyət çox qəddardır. Yeniyetmə qız hamilə qalarsa o, kənddə üzqarasına çevrilir. Məktəbdə və küçədə onu barmaqla göstərirlər, kənd sakinləri isə qızı əxlaqsız, valideynlərini isə bivec sayırlar", - Banqladeş parlamentinin qadın və uşaq problemləri komitəsinin sədri Rebekka Mömin deyib.

Yeni dəyişikliklərin əleyhdarları hakimiyyət dairələrinin arqumentlərini rədd edirlər. Hüquq müdafiəçilərinin dediklərinə görə, yetkinlik yaşına çatmış qızlarla nikahların, sadəcə, 1,5 faizi gələcək gəlin hamilə qalandan sonra rəsmiləşib.

Kənd yerlərində isə yeniyetmə qız ərə verilmirsə, onun hamilə qalması çox nadir məsələdir.

"Atam razı deyildi, amma 14 yaşımda məni ərə verdi" - FOTO

2014-cü ildə banqladeşli deputatlar qanunu dəyişməyə, nikah üçün minimal yaş həddinin 18-dən 16-ya endirilməsinə can atmışdılar. Lakin bu təşəbbüs cəmiyyətdə kəskin etirazla qarşılandığından baş tutmamışdı.

Yeni dəyişikliklərə görə, yetkinlik yaşına çatmamış qızla hər nikah faktı məmurlar tərəfindən əlahiddə qaydada nəzərdən keçiriləcək, məhkəmə vasitəsilə rəsmiləşdiriləcək.

Lakin iş ondadır ki, Banqladeşdə rüşvətxorluq və korrupsiya hədsiz dərəcədə yayılıb. Bu səbəbdən də yetkinlik yaşına çatmamış qızın valideynləri gələcək gəlinin təvəllüdünü saxtalaşdırıb sənəddə onun yaşını daha çox göstərmək üçün məmurları rüşvət vasitəsilə asanlıqla "razı" sala bilərlər.

Bundan başqa, indi yetkinlik yaşına çatmamış qızın nikahını rəsmiləşdirmək üçün həmin qızın hamilə olması yetər.

Baş nazir Şeyx Hasinanın mövqeyini və qanuna dəyişikləri Banqladeşdə ən nüfuzlu dini təşkilat sayılan "Hafezate İslam"ın lideri Məhfuzul Haq Nurəzzaman dəstəkləyib.

"Atam razı deyildi, amma 14 yaşımda məni ərə verdi" - FOTO

Avropa Birliyi ölkələrindəki qanunlara görə, nikah üçün minimal yaş 18 olsa da, müəyyən şərtlərdə 16 yaşlı qızın nikahı rəsmiləşdirilir.

Banqladeşdə qızların 52 faizi 18 yaşa çatandan sonra, 18 faizi isə 15 yaşdan sonra ərə verilir.

17 yaşlı Meqla və 16 yaşlı Rani də erkən ərə veriliblər.

Meqlanın 15 yaşı olanda atası onu 30 yaşlı Lituna ərə verib. Nikahı rəsmiləşdirmək üçün valideynləri Meqlanın doğum şəhadətnaməsini saxtalaşdırmış, qızın yaşını olduğundan artıq göstərmişdilər.

"Anam 16, nənəm isə 17 yaşı olanda ərə verilib. Bizdə bu, normal haldır. Aidlə həyatımdan da razıyam, çünki ərim məndən yaşca böyük olduğundan arxam, dəstəyimdir. Bizdəki yazılmamış qanunlara, adətlərə görə, qız 20 yaşına çatıbsa və ərə getməyibsə, qarımış bədbəxt sayılır. Bu qıza çox pis baxırlar", - Banqladeşin Khulna şəhərində yaşayan Meqla deyib.

"Atam razı deyildi, amma 14 yaşımda məni ərə verdi" - FOTO


16 yaşlı Rani isə deyir ki, atası Əbdul və anası Pori də onu erkən ərə veriblər.

"14 yaşım olanda ailə qurdum. Daha doğrusu, məni ərə verdilər. Bunu nə atam, nə də mən istəmirdim. Atamın dostu bu nikahda təkid etdi. Ərimin qohumları isə dedilər ki, əgər atam razılaşmasa, onu da, məni də öldürəcəklər.

"Atam razı deyildi, amma 14 yaşımda məni ərə verdi" - FOTO


Bu səbəbdən də ərimin qohumları razılaşmasam, oğurlanacağımı qaçırılacağımı söylədilər. İndi ailə həyatımdan razıyam", - Rani söyləyiblər.

AİA.az



5677 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30