Mobil versiya
“Almaniya bizə demokratiya öyrətməsin” – Çavuşoğlu
Tarix: 08-03-2017 | Saat: 14:17
Bölmə:Siyasət | çapa göndər

“Almaniya bizə demokratiya öyrətməsin” – Çavuşoğlu

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bu ölkənin Hamburqdakı konsulluğunda Almaniya hökumətinin vətəndaşlarla görüş keçirmək üçün zal verməməsinə görə öz narazılığını bildirib.

Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Çavuşoğlu vurğulayıb ki, o yalnız Almaniyada türk icmasının nümayəndələri görüşmək istəyib və o dost Almaniyaya qarşı heç bir siyasi bəyanatla çıxış etmək niyyətində olmayıb.

Onun sözlərinə görə, Almaniya rəhbərliyi müxtəlif bəhanələrlə ona türk icmalarının nümayəndələri ilə görüşmək üçün zal verməyib: “Bu zallar başqa tədbirlərin keçirilməsi üçün təqdim olunanda problem olmur. Lakin Türkiyə XİN rəhbəri istəyəndə orada hər hansı əngəllər baş verir. Qoy Almaniya Türkiyəyə demokratiya və insan haqları dərsi deməyə cəhd etməsin”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024