Mobil versiya
Bu il sınaq imtahanlarının sayı azaldılacaq
Tarix: 07-03-2017 | Saat: 17:52
Bölmə:Karusel | çapa göndər

Bu il sınaq imtahanlarının sayı azaldılacaq






“Bu il sınaq imtahanlarının sayı nəzərdə tutulandan az olacaq".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, hazırda sınaq imtahanları ilə bağlı araşdırma aparılır:

"Sınaq imtahanlarında iştirak qiyməti və cədvəli yaxın günlərdə elan ediləcək. Ötən aylarda fəaliyyət göstərə bilmədiyimiz üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Nəzərdə tutduğumuz kimi çox deyil, 1-2 sınaq imtahanı keçiriləcək".

M.Abbaszadə onu da qeyd edib ki, mart ayının 5-də keçirilən buraxılış imtahanında 6 nəfər telefonla tutulub: "Həmin şəxslərin nəticələri ləğv edilib. Onlar 0 balla ikinci mərhələyə buraxılacaqlar".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024