Mobil versiya
Azərbaycanda orduya çağırış başladı
Tarix: 01-10-2015 | Saat: 11:20
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Azərbaycanda orduya çağırış başladı

Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr tarixli sərəncamına əsasən, hərbi çağırış oktyabr ayının 1-dən 31-dək davam edəcək.

Həmçinin, hərbi xidmətini başa vurmuş müddətli həqiqi hərbi xidmət qulluqçuları bu gündən etibarən ordudan tərxis olunmağa başlayacaqlar.

Orduya 1997-ci ildə doğulmuş və oktyabrın 1-dək 18 yaşı tamam olan, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan şəxslər çağırılır.

Qeyd edək ki, sentyabrın 30-dan etibarən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidməti aktivləşib.

Belə ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçılar sentyabrın 30-dan etibarən təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsiyyət vəsiqələrinin seriya nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə öyrənə bilərlər. (oxua.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024