Mobil versiya
“WOODPECKER” 21-ci filialını Xırdalanda açdı - FOTOLAR
Tarix: 07-03-2017 | Saat: 12:32
Bölmə:Media | çapa göndər

“WOODPECKER” 21-ci filialını Xırdalanda açdı - FOTOLAR

“ WOODPECKER” –Milli Brend

Xırdalanda 3 mərtəbəli "WOODPECKER” –Milli Brend mebel salonunun açılışı oldu.
Adalet.az xəbər verir ki, 2007-ci ildən Cəilabadda fəaliyyət göstərən mebel fabrikində "WOODPECKER” ticarət nişanı ilə məhsullar istehsal olunur. Yüksək texnologiyalar əsasında hazırlanan bu məhsullar ölkə bazarında satılır. İstehsal sahəsi əsasən liderlik edən şirkətlər arasındadı. Hazırda şirkət muasir dizaynla klassik, avanqard və modern üslublu qonaq, uşaq dəsti , yataq , mətbəx və s. mebellərini satışa çıxarır.




"Biz qərara gəldik ki, artıq öz milli brendimizi, " WOOD PECKER”-i tanıdaq”

Mebel fabrikinin rəhbəri Əlyar Əliyev sahibkarlığın inkişafından danışdı və ölkə Prezidentinin onlara dəstəyini vurğuladı . Jurnalistlərlə söhbətində Ə.Əliyev bildiridi ki: "Şirkətimiz 2007- ci ildən fəaliyyət göstərir. Azərbaycanın bütün bölgələrində bizim məhsullarımız satılır. O səbəbdən istehlakçı bizim özümüzü tanımır. Çünki mağazalar məhsullarımızı öz adlarına satırlar. Hətta bu məhsulları alman, türk, italyan məhsulları adı altında satdıqlarına görə biz qərara gəldik ki, artıq öz milli brendimizi, " WOODPECKER”-i tanıdaq. İstəyirik ki, öz məhsullarımızla xalqımızın mebele olan ehtiyaclarını təmin edək. Şirkətimiz Cəlilabad bölgəsində yerləşir. Bərabər səviyyəli rəqabət olarsa, müştərilər bizi seşəcəklər. Hazırda bizim missiyamıza həm vətəndaşlar, həm də dövlət orqanları çox böyük üstünlük verirlər. Bölgədə sivilizasiyanın inkişafına böyük təkan veririk. Cəlilabadda şirkətimizdə 600 nəfərdən yuxarı əməkdaş çalışır. Burda müxtəlif peşə və sənəti, interyer, eksteryer, dizayn öyrənirlər. Bizim işimiz interyer işidir. İnsanlarımıza biz orda şərait yaradırıq ki, müxtəlif səbəblərdəm mərkəzə gəlməyin qarşısını alaq. Bölgə ilə mərkəz arasında bəzi xırda çatışmamazlıqlarımız var. Amma üstünlüklərimiz ondan qat-qat çoxdu. Mən arzu edirəm ki, sahibkarlar əsasən bölgələrə üz tutsunlar. Çünki insanların onlara böyük ehtiyacı var. İş yerləri açıldıqca, insanların ehtiyaclarını ödəmiş oluruq. Onların artıq şəhərə axınının da qarşısını almış oluruq”.

"Hazırda salonlaşma siyasətini həyata keçiririk. 21-ci mebel dükanımızın açılışını edirik”




Əliyar Əliyev daha sonra dedi: "Hazırda salonlaşma siyasətini həyata keçiririk. 21-ci mebel dükanımızın açılışını edirik. Biz rəqabət aparırıq. Rəqabətdə istehlakçı qazanır. Biz hazırkı dilerlərimizdən uzaqlaşmayacağıq. Biz satış deyil, istehsal rəqabəti aparacağıq. Satışın daha da optimallaşmasına, intensivləşməsinə çalışacağıq.Salonlaşmamızın istehlakçılara əhəmiyyəti bu olacaq ki, satiş və müştərinin xidmətində durma mədəniyyəti, müştərini məmnun etmə prrinsipi önə cəkiləcək. Təsadüfi şəxslər meydana çıxır və mebellərimizi baha qiymətə xarici brend altında satırlar. Həmin adamlar yüksək pafosla o malları insanlara sırıyırlar. İnsanlarımız da daha çox xaricdən gələn mebellərə şan- şöhrət kimi baxırlar. 2016- 2017 -ci illərdə xarici təşkilatların mebel məhsullarınının Azərbaycana axını və satışışında durğunluq baş verdi. Və 20- 40% məhsulların ölkəmizə axını azaldı. Xarici brend altinda məhsul satan işbazlar var. Belə stereotip yaradırlar ki, xarici məhsul baha olmalıdı. Həttə inanılmaz rəqəmlə rastlaşdıq; 700 manata satdığımız məhsulu İtalyan brendi adı altında 3000 AZN-ə satıblar. Bizə o məlumat çatan kimi o dükanla əməkdaşlığımızı dayandırdıq. Və bu da gələcəkdə bizim imicimizə zərə vura biərdi. Bizim menecerlər var ki, onlar bu məlumatları vaxtında bizə çatdırırlar. İndi məhsullarımızı qablaşdıraraq, brendimizin "WOOD PECKER” adını yazırıq. Azərbaycanda qeyri- neft sektoru o qədər də inkişaf etmədiyinə görə bizim mebellərin də xammalın böyük əksəriyyəti xariçdən - Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Çin kimi ölkələrdən gəlir. Artıq istəyirik ki, xammal ehtiyacımızı özümüz şirkət daxilində istehsal edək. Öz təminatımızı ödəyirik və istəyirik ki, bunu daha da inkişaf etdirək, alıcılara mebellərimizi daha yaxın ərazidən çatdıraq”.




Nizami İbrahimov: "Mebellərimiz yerli istehsaldır və keyfiyyəti də yüksəkdir”

Açılışda Xırdalan ” WOOD PECKER” dükanının direktoru Nizami İbrahimov çıxış edərək, bütün "WOOD PECKER” ailəsini təbrik etdi: "Mən 6 ildir ki, bu işlə məşğulam. Bu, bizim 21 -ci dükanımızın açılışıdır. Mebellərimiz yerli istehsaldır və keyfiyyəti də yüksəkdir. Həmçinin, qiymətlər də sərfəlidir. Mağazamızın sahəsi 450 kv.m.-dir. Alıcılarımıza bildirmək istəyirəm ki, qarşıdan gələn 8 Mart Qadınlar bayramı və Novruz bayramı münasibətilə kamaniyalarımız olacaq; mebel alan müştərilərimizə də xüsusi hədiyyələrimiz var. Demək istəyirəm ki, mətbəx mebellərimiz standart formada 350 AZN-dən 700 AZN-ə qədər məbləğdə satılır. Alıcılarımızı bizim yeni açılmış mağazamıza dəvət edirəm”.




Sonda tədbir iştirakçıları mebellərə baxış etdilər. Mağazada "WOODPECKER” ailəsinin üzvlərinə sertifikatlar, alıçılarına isə hədiyyələr təqdim olundu.

Ünvan: Xirdalan şəhəri, Heydər Əliyev prospekti, Mədəniyyət evi ilə üzbə-üz.
Əlaqə nömrəsi: 012-342-87-57
Mob:055-200-63-97
(Adalet.az)


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024