Mobil versiya
Müdafiə Nazirliyi “Açıq qapı” günü keçirəcək
Tarix: 07-03-2017 | Saat: 12:11
Bölmə:Gündəm | çapa göndər

Müdafiə Nazirliyi “Açıq qapı” günü keçirəcək

Novruz bayramı münasibətilə martın 20-də saat 11.00-da Silahlı Qüvvələrin bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü təşkil olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, həmin gün ziyarətçilər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanalarına və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024