Mobil versiya
Azərbaycanlı avtoritet Rusiyada həbs edildi
Tarix: 06-03-2017 | Saat: 15:32
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Azərbaycanlı avtoritet Rusiyada həbs edildi

Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, kriminal aləmdə "Taleh Maştağinski" kimi tanınan Dağlıyev narkotik maddə saxlamaqda ittiham edilib.

Dağlıyev ötən ilin sentyabrında Moskvadakı "Naş dvor" restoranında saxlanılmışdı. Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı "Taleh Maştağinski"nin üzərindən narkotik maddə tapılmışdı.

Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir. O, 2014-cü ildə Türkiyədə keçirilən "sxodka"da "oğru" adı alıb. Ona bu titul "Lotu Quli" tərəfindən verilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024