Mobil versiya
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
Tarix: 05-03-2017 | Saat: 19:45
Bölmə:Gündəm | çapa göndər

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB





Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, diplomatik korpus təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

AIA.Az Trend-ə istinadən bildirir ki, Rusiya Federasiyasından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Aleksey Sergeyev, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev, Rusiya Federasiyası, "USM Holdinq" şirkətinin təsisçisi Alişer Usmanov və "ARETİ" Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov təbrik ediblər.

Türkiyədən Bilkənd Universitetinin Rəyasət Heyətinin sədri Əli Doğramacı, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi dövlət katibinin müavini Jolt Çutora da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib.

Həmçinin, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Misir Ərəb Respublikasının "Əl- Əxbar" mətbuat evinin baş direktorunun müavini Əla Tofiq, Misir Ərəb Respublikasının ictimai siyasi xadimi Mustafa Kamil, "Ümümukrayna Ağsaqqalları" İctimai Birliyinin sədri Anatoli Raxanski, Misir Ərəb Respublikasının Mehriban Əliyeva adına Dillər məktəbinin kollektivi adından, məktəbin müdiri Tələt Məhəmməd Əli, Rumıniya Türkiyə İs Qadınları Dərnəyinin idarə heyətinin sədri Birgül Senyuva və Misir - Azərbaycan Dostluq Cəmiyyəti Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Ölkə rəsmilərindən Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov, Baş nazirin müavini İsmət Abasov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Daxili işlər naziri Ramil Usubov, Ədliyyə naziri Fikrət Məmmədov, Müdafiə sənayesi naziri Yavər Camalov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Baş nazirin müavini Əli Həsənov, Energetika naziri Natiq Əliyev, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Prezident Administrasiyasında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, Azərbaycan Qızıl Aypara cəmiyyətinin prezidenti Novruz Aslan, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrinin vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Bundan başqa, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən - Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov və Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Milli Məclisin deputatları - Fəttah Heydərov, Fəzail Ağamalı, Asim Mollazadə, Nəsib Məhəməliyev, Hadı Rəcəbli, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Əhliman Əmiraslanov və Jalə Əliyeva Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər sırasındadır.

Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İsmayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də təbrik ediblər.

Eyni zamanda, Azərbaycanın tanınmış incəsənət xadimləri - Xalq artisti Yalçın Rzazadə, Əməkdar İncəsənət Xadimi, Kanadada Heydər Əliyev Mərkəzinin prezidenti Mikayıl Hacıyev, Xalq artisti Şahnaz Haşımova, Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti AzərPaşa Nemətov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Xalq Artisti Canəli Əkbərov və Xalq artisti Arif Quliyev də Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

----------------

04.03.2017

21:00

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, diplomatik korpus təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

AIA.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım, Tatarıstan Prezidenti Rüstəm Minnixanov və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Təbrik edən dövlət rəsmilərinin arasında Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Jilkin Aleksandr, Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri Panov Daniel, Macarıstanın Baş nazirinin xanımı Aniko Levainin adları da var.

Rusiyanın bir çox tanınmış ictimai-siyasi xadimləri Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər. Onların sırasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov, Dövlətlətarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina və TASS Agentliyinin baş direktoru Sergey Mixaylovun adları var.

Mehriban Əliyevanı təbrik edənlər arasında dünyanın tanınmış, nüfuzlu siyasətçilərinin adları da yer alır. Fransa Milli Assambleyasının üzvü, Azərbaycan Dostları Assosiyasiyasının Prezidenti Jan-Fransua Mansel, Müqəddəs Kiril və Metodi Veliko Tırnovo Universitetinin rektoru Xristo Bondjolov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Jandos Asanov, Qərbi Avstraliya Parlamentinin deputatı Liz Behjat, İsrail dövlətinin Əmək Partiyasının sədri, müxalifət lideri İsaak Hersoq, Böyük Britaniyadan Beynəlxalq Ticarət Sərgisinin Regional direktoru Edvard Straçan və BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Azərbaycanın bir çox dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri - Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Yazıçılar Birliyinin sədri Anar, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Təbriklər sırasında Azərbaycandakı xarici ölkələrin səfirliklərinin, diplomatik korpus rəhbərlərinin adları da yer alır. Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycandakı Avropa İqtisadiyyat Palatasının prezidenti Piriyev Nizami, Türkiyə Radio Televiziya Qurumunun (TRT) Baş təmsilçisi Yıldıray Arslan və Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsabayev Beybit Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən də Mehriban Əliyevanın ünvanına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbriklər gəlir. Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov da təbriklərə qoşulanlar sırasındadırlar.

Ölkəmizin tanınmış, nüfuzlu incəsənət xadimləri də - SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fidan Qasımova, Azərbaycan Respublikasının Xalq artisti Xuraman Qasımova, Xalq Artisti, M.Maqomayev adına Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Xalq artisti Alim Qasımov, Xalq artisti, "Qaya" Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayev və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024