Mobil versiya
Martın 6-a HAVA PROQNOZU
Tarix: 05-03-2017 | Saat: 13:33
Bölmə:Karusel | çapa göndər

Martın 6-a HAVA PROQNOZU







Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024