Mobil versiya
Bakıda marketdən 13500 manatlı seyf oğurlandı
Tarix: 4-03-2017, 20:47 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda marketdən 13500 manatlı seyf oğurlandı








Paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 25 ünvanındakı marketlərdən birində oğurluq olub.

Aia.Az xezerxeber.az-a istinadən bildirir ki, marketə oğurluğa girən şəxslər içində 13 500 manat pul olan seyfi oğrulayıblar.
Hadisə gecə saatlarında baş verib.
Mağazanın mühasibi Vüqar Hacıyevin sözlərinə görə, gecə işdən ən son özü çıxıb. Səhər mağazaya gəlib müdir otağına keçərkən oğurluq olduğunu görüb.
Hadisə barədə dərhal ərazi üzrə 25-ci polis bölməsinə məlumat verib. Hadisə yerinə gələn polis müəyyən edib ki, oğrular marketdə ərzaq məhsuluna əl vurmayıblar. Onların niyyəti ancaq seyfdəki pulu oğurlamaq olub. Dəmir seyfin ölçüsü və ağırlığına görə polis hadisənin bir neçə şəxs tərəfindən törədildiyini ehtimal edir.
Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam edir.


aia.az



5529 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031