Mobil versiya
“Nizami” stansiyasının təmirindən maraqlı görüntülər – VİDEO
Tarix: 04-03-2017 | Saat: 18:04
Bölmə:Media / Aia TV | çapa göndər

“Nizami” stansiyasının təmirindən maraqlı görüntülər – VİDEO

Dünya metro stansiyaları içində Bakı metrosunun "Nizami” stansiyasının özünəməxsus yeri var.

AİA.az xəzəxəbər-ə istinadən xəbər verir ki, çünki "Nizami” stansiyasında dahi şairimiz Nizami Gəncəvinin "Xəmsə”si mövzusunda işlənmiş pannolar buranı həm dəbir sənətkarlıq guşəsinə çevirir. 40 il əvvəl divarlara həkk olunan şəkillər son vaxtlarbir qədər solmuş, daşların arası kif bağlamışdı.
"Nizami” stansiyasının əsaslı təmiri çərçivəsində həmin şəkillər də çox incəliklə təmizlənir və əvvəlki vəziyyətinə qaytarılır.
Kənardan rəssamlıq emalatxanasına oxşayır, amma bura hamımızın tez-tez qarşısından keçib getdiyi "Nizami” metro stansiyasındakı tablolardır.
"Nizami” stansiyası həm də Azərbaycan memarlığının incilərindən biri sayılır. Çünkistansiyanın divarlarında dahi Nizami Gəncəvinin ölməz "Xəmsə”sinin motivləri əsasında səhnələr yer alır.
Təsvirlərin müəllifi xalq rəssamı Mikayıl Abdullayevdir. Elə pannoların bərpası ilə də onun tələbələri məşğul olur.
Pannolar üzərindəki təsvirlərin səthləri yenidən işlənir, qopmuş təsvirli daşlar bərpa olunur, həmçinin pannolar korroziyaya daha davamlı vəziyyətə gətirilir.
40 il əvvəl istismara verilən stansiyada ümumi bərpa işləri mərhələlərlə aparılır. İşlərin həcminin böyüklüyünə baxmayaraq,"Nizami” stansiyası işini dayandırmayıb.

AİA.az

[media=https://www.youtube.com/watch?v=9OUfhNV1mBo]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024