Mobil versiya
Paytaxtın problemli yollarından birinin siması dəyişdi
Tarix: 04-03-2017 | Saat: 11:03
Bölmə:Karusel | çapa göndər

Paytaxtın problemli yollarından birinin siması dəyişdi







Bakının Binəqədi rayonu Cəfər Xəndan küçəsi tam olaraq təmir olunub.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, təmir işləri ilkin etapda küçənin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, daha sonra Əhməd Rəcəbli küçəsi ilə Azadlıq prospektləri arasında yerləşən 1650 metrlik hissəsində aparılıb. Küçənin ortalama eni 16 metr təşkil edir.

Təmir işləri çərçivəsində sözügedən küçə boyu yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Cəfər Xəndan küçəsinin köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb. Ümumilikdə yolun 38 min m2 sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Səkilərin kənarlarına 5 min paqon-metr yeni səki daşları düzülüb.

Təmir işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Yusif Nəsirli


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024