Mobil versiya
Tanınmış azərbaycanlı müğənnini aldatdılar: "Halallıq almadan o evdə necə yaşayacaqsan?"
Tarix: 3-03-2017, 21:38 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Tanınmış azərbaycanlı müğənnini aldatdılar: "Halallıq almadan o evdə necə yaşayacaqsan?"





Müğənni Elariz Məmmədoğlunun Milli.Az-a müsahibəsi.

- Elariz müəllim, çox nadir hallarda efirlərdə görünürsüz. Olmaya, başınız toylara qarışıb?

- Hörmətlə dəvət edəndə, təbii ki, verilişlərə qonaq gedirəm. Dəvət edən də, etməyən də sağ olsun. Desəm ki, başım toylara qarışıb, yalan olar. Toylar çox azalıb, bu da rəqabətin artması ilə nəticələnir. Tələbatlı olan müğənni də heç deyə bilməz ki, toylarım çoxdur, çox dəvət alıram. Həmçinin də mən. Əvvəllər toylar çox idi, hamının başı öz işinə qarışmışdı. Ayda bir dənə, iki dənə toy olur. Digər müğənnilər də görəndə ki Elarizə toy bu ay çox gəlib, başlayırlar qeybətə. Bu vəziyyət nə vaxtsa düzələcək, çünki Azərbaycan xalqına həmişə toy yaraşır. Amma toylara görə pozulan münasibətlər heç vaxt düzəlməyəcək. Ona görə də bu vəziyyətdə bir az ehtiyatlı olmaq lazımdır.

- Bəlkə də bu sizin dost və düşməninizi tanımağınız üçün bir sınaqdır.

- Bəli, bu bir sınaq dövrüdür. Bu vəziyyət o vaxtlar da təkrarlanmışdı, elə oldu ki, yay mövsümü idi, amma toylar olmadı. Onda da müğənnilər dilə gəldilər ki, filankəsin çox toyu var. O vaxt mən gənc idim, hətta ustad sənətkarların da bu cür danışıqlarına rast gəlirdim. Heç vaxt bu xüsusiyyəti bəyənməmişəm, Allaha şükür, mənim təbiətimdə kimlərinsə ardınca danışmaq kimi bir xüsusiyyət yoxdur.

- Sənətdə kimlərin dəstəyini görmüsüz?

- Mənim bəxtimdən ətrafımda həmişə korifey sənətkarlar olub. İncəsənət universitetində xalq artisti Qulu Əsgərov bizə dərs deyib. Daha sonralar isə Teymur Əmrah və s. dostlarımın məsləhətini almışam. Universitetdə rejissorluq, aktyorluq və vokal sənətinə yiyələnmişəm. Amma görünür ki, müğənnilik sənəti digərlərinə güc gəldi. Çünki hazırda mənim ailəmə maddi cəhətdən sərfəlisi müğənnilikdir.

- Siz də digər həmkarlarınız kimi toy qiymətinizi aşağı salmısız?

- Bəli, toy qiymətimi aşağı salmışam ki, hamının gücü çatsın. Əgər hər hansı ölkədə maliyyə problemi varsa, qiymət də aşağı olmalıdır. Bu bütün sahələrdə belədir. Kasıbların, bir az ola bilsin ki, gücü çatmasın, amma orta təbəqə məni öz toylarına dəvət edə bilər. Təbii ki, imkansız, kasıb insanlar olub ki, onların da toyunda təmənnasız oxumuşam.

- Yəqin ki, sizi aldadanlar da olub.

- Bəli, əlbəttə ki, olub. Dəvət ediblər, gedib görmüşəm ki, şadlıq sarayı da, menyu da çox bahalıdır. Toydakı müğənni yoldaşlarım da məndən soruşublar ki, səni neçəyə dəvət ediblər?

- Məkanı yarımçıq tərk etmisiz?

- Xeyr, çıxıb gəlməmişəm, söz verdiyimə görə oxumuşam. Amma ürəyimdə aldandığımı düşünmüşəm. Mən çox istərdim ki, müğənniləri aldatmasınlar. Bu yaxınlarda bir yerdə oxudum ki, evi tikdirib, ustaya pul verməyiblər. Axı sən halallıq almadan o evdə necə xoşbəxt yaşaya bilərsən? Belə olan halda müğənnilər toyda deyirlər ki, xoşbəxt olsunlar, toydan çıxanda isə qarğış edirlər.

- Müğənnilərin ahı tutur?

- Bəli, müğənnilərin Allahı yoxdur ki? (gülür). Şəxsən mən iki qız köçürmüşəm. Böyük qızımın toyunda öz ansamblım əyləşdi, pullarını da ödədim. Toyu isə rəhmətlik müğənnni dostum Rüfət Mehdiyev apardı. Nə qədər etdim, pul götürmədi. İndi mən gözləyirəm ki, Rüfətin uşaqlarının toyu olsun, toyu təmənnasız mən aparım. İkinci qızımın toyunu isə Səməd Səmədov apardı. Düzdür, o da qiymət demədi, amma mən onun qiymətini bildiyim üçün pulunu ödədim.

- Qızlarınızın toyunda oxumadınız?

- Heç bir qızımın toyunda mən oxumamışam. İnşallah, oğlumun toyunda ifa edəcəyəm.

- Bəs siz sənət yoldaşlarınızdan kimlərin toyunu pulsuz oxumusuz?

- Xalq artisti Flora Kərimovanın qızının toyunu öz ansamblımla birlikdə mən oxumuşam. Amma buna baxmayaraq o bütün musiqiçilərin pulunu artıqlaması ilə ödəmişdi.

- Oğlunuzu nə vaxt evləndirirsiz?

- Oğlumun artıq 24 yaşı var, hüquq fakültəsində oxuyur. Diplomunu alandan sonra bu haqda fikirləşəcəyik. 3 nəvənin babasıyam. Oğlum qız tapmağı anası ilə mənə həvalə edib. Çünki özü təhsillə məşğul olur. Əgər seçimi özü edərsə, hörmətlə qarşılayaram, amma bunu anası ilə mənə həvalə edib.

- Bu ənənə hələ də davam edir?

- Mən öz həyat yoldaşımı özüm seçmişəm. Amma oğlumun düşüncələri tam fərqlidir.

Əli Rəhimoğlu



5644 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30