Mobil versiya
Nazir vətəndaşları qəbul edib - Fotolar
Tarix: 29-09-2015 | Saat: 13:15
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər

Nazir vətəndaşları qəbul edib - Fotolar
Gənclər və idman naziri Azad Rəhimov bu gün Sumqayıt şəhərində yerləşən Tarix Muzeyində vətəndaşları qəbul edib.

Sumqayıt şəhər, Abşeron, Qobustan, Şamaxı və Xızı rayonundan olan 30-dan artıq vətəndaş iştirak edib.

İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların və idman dərəcələrinin verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təchiz olunması, idman zallarının, Olimpiya İdman Komplekslərinin tikilməsi və s. olub.

QHT-in yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi, mərkəzlərin müvafiq avadanlıqlarla təmin olunması, yay düşərgələrinin təşkii, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, işlə təmin edilmə gənclər sahəsində edilən müraciətlər olub.

Edilən digər müraciətlər isə təhsil və sosial yardım, ipoteka kreditinin verilməsi, yerlərdə respublika səviyyəli tədbirlərin təşkili ilə bağlı olub.

Həll olunması vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb və bununla əlaqədar olaraq müvafiq tapşırıqlar verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024