Mobil versiya
Ölülər smartfon vasitəsilə dirildiləcək
Tarix: 03-03-2017 | Saat: 17:20
Bölmə:Şou-biznes | çapa göndər

Ölülər smartfon vasitəsilə dirildiləcək

Cənubi Koreya şirkətlərindən birinin mütəxəssisləri ölmüş insanları “diriltməyə” imkan verən mobil əlavə tərtib ediblər.

İKT.lent.az-ın “rueconomics.ru” saytına istinadən məlumatına görə, burada söhbət olduqca real görünən üçölçülü avatarların yaradılmasından gedir.

Adıçəkilən layihənin müəllifi En Yun Limin sözlərinə görə, belə bir avatarın yaradılması ideyası nənəsinin ölümündən sonra ağlına gəlib.

Həyatdan o dünyaya köçənlərin üçölçülü oxşarları “dirilir”. Lim deyib ki, onlarla ünsiyyət qurmaq, hətta selfi də çəkdirmək mümkün olacaq. Bu yalan deyil. Onun sözlərinə görə, reallıq insanın başında yerləşir.

Cənubi Koreya əlavəsi olduqca populyardır. Tərtibatçılar söz verib ki, gələcəkdə istifadəçilərin özlərinin avatar yarada bilməsi və heç bir mütəxəssisə kömək məqsədilə müraciət etməməsi üçün smartfona öz skanlaşdırma texnologiyasını inteqrasiya edəcəklər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024