Mobil versiya
"Rusiya imkan verə bilər ki, Azərbaycan Qarabağda daha bir həmlə etsin, amma..."
Tarix: 03-03-2017 | Saat: 17:08
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Rusiya imkan verə bilər ki, Azərbaycan Qarabağda daha bir həmlə etsin, amma..."

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, vaxtaşırı olaraq Qafqaz mövzusunda təhlillər hazırlayıb yayan "Stratfor" Dağlıq Qarabağ münaqişəsi ətrafında son eskalasiya ilə bağlı analiz dərc edib.

AİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, "Stratfor" münaqişənin sonrakı inkişafının necə inkişaf edəcəyinə dair proqnozlarla çıxış edərək Rusiyanın rolu üzərində dayanır.

Məqalədə deyilir ki, ötənilki aprel döyüşlərindən sonra Rusiyanın "Lavrov planı" vasitəsilə münaqişənin nizamlanmasına nail olmağa çalışdığı barədə danışılırdı. Belə şayiələr və məlumatlar yayılırdı ki, həmin plan Dağlıq Qarabağ ətrafındakı 7 rayonun 5-nin Azərbaycana qaytarılmasını, Rusiyanın bölgədə sülhməramlı qüvvələr yerləşdirməsini nəzərdə tutur.

"Şübhəsiz ki, Azərbaycan Bakının sonda Moskva ilə yaxınlaşmasına gətirib çıxaracaq həmin variantı alqışlayardı, ancaq Ermənistan hökuməti belə plana qarşı idi", - məqalədə deyilir.

"Stratfor" analitiki Yevgeni Çauşovski məqalədə bildirir ki, əgər Rusiyanın doğrudan da belə planı vardısa o, ilk növbədə İrəvanın müqavimətini aradan qaldırmaq barədə düşünməli idi.

"Rusiya imkan verə bilər ki, Azərbaycan Ermənistanı güzəştlərə məcbur etmək üçün daha bir hərbi həmlə etsin. Və ya Moskva Ermənistan hökumətinə güclü təsir rıçaqlarını işə salıb İrəvanın mövqeyini dəyişdirə bilər. Lakin buna baxmayaraq Sərkisyan kompromislərə qəti qarşıdır, Ermənistan prezident üsul-idarəçiliyindən parlament üsul-idarəçiliyinə keçir, aprelə seçkilər təyin olunub. Rusiya Ermənistan hökumətinin bir neçə əsas fiquru, o cümlədən xarici işlər və müdafiə nazirləri ilə sıx əlaqələr yaradıb. O cümlədən Qarabağ məsələsində Rusiyanın dediklərinə əməl etməyə meylli olan bəzi müxalifət liderləri ilə", - məqalədə deyilir.

"Stratfor" hər iki variantın riskli olduğunu qeyd edir. Bildirilir ki, əgər Rusiya Ermənistan siyasi elitasını güzəştlərə razı salmağa nail olsa belə erməni ictimaiyyəti belə sövdələşməni qəbul etməz. "Ötən il ərazilərin qaytarılacağı barədə söz-söhbətlərə görə Ermənistanda etiraz aksiyaları oldu, Qarabağ veteranları polis polkunun binasını ələ keçirdi", - mərkəz qeyd edir. Məqalədə deyilir ki, əgər Rusiya İrəvanı güzəştə məcbur etməyə çalışsa onun Ermənistandakı mövqeləri zərbə altında qalacaq.

"Bu baxımdan Azərbaycana daha bir hərbi həmlə üçün imkan yaratmaq daha əlverişli variant kimi görünür, ancaq bu variant da risklidir, çünki hərbi əməliyyatlar nəzarət altından çıxa bilər. Belə də ola bilər ki, Rusiya Ermənistanı sülhə məcbur etməyə çalışdığı haqda Azərbaycanda təəssürat yaratsın, əslində isə bu, görüntü xarakteri daşısın", - məqalədə deyilir.

Müəllifə görə, bu variantda Moskva "Lavrov planı" barədə müzakirələr təşkil etməklə Azərbaycanı Rusiya ilə daha sıx münasibətlər yaratmağa inandıra, eyni zamanda Ermənistan hökumətinin mövqelərini zəiflətməkdən yayına bilər. "Ancaq bu da rikslidir, status-kvonun qeyri-müəyyən vaxta qədər uzadılması Azərbaycan üçün yolverilməzdir, üstəlik Rusiya özü də bu vəziyyəti heç bir nəticə olmadan istədiyi qədər uzada bilməz. Rusiyanın Qarabağa dair mövqeyində tərəddüdlər müşahidə olunsa da bu münaqişə ona Qafqazda uzunmüddətli maraqlarını qoruyub saxlamaq üçün lazımdır. Moskvanın son məqsədi budur ki, münaqişə vasitəsilə həm Ermənistan, həm Azərbaycan üzərində dominantlığını təmin etsin", - məqalədə deyilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024