Mobil versiya
Gömrükdə çantalardan 60 min dollar çıxdı
Tarix: 03-03-2017 | Saat: 16:53
Bölmə:Gündəm | çapa göndər

Gömrükdə çantalardan 60 min dollar çıxdı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşının çantaları rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Həmin şəxs gömrük əməkdaşı tərəfindən saxlanılıb və ona məxsus çantalar təkrar yoxlanılıb.

Nəticədə çantalardan birinin içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 400 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 40 000 ABŞ dolları, digər çantanın içərisində isə 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 20 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024