Mobil versiya
Vergi yoxlamalarından şikayət - Çoxu təmin edilib
Tarix: 03-03-2017 | Saat: 16:19
Bölmə:Gündəm | çapa göndər

Vergi yoxlamalarından şikayət - Çoxu təmin edilib

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 2016-cı il ərzində Vergilər Nazirliyinin Apellyasiya Şurasının icraatında 171 müraciət olub. Bu müraciətlərin 5-i əvvəlki ildən qalıq qalıb, 166 müraciət isə 2016-cı il ərzində daxil olub.

İcraata götürülmüş müraciətlərdən 61-i səyyar, 42-si kameral, 3-ü eyni zamanda həm kameral, həm də səyyar vergi yoxlamaları, 28-i isə operativ vergi nəzarəti ilə bağlı olub.

Onlardan 64 müraciətin tam, 23 müraciətin isə qismən təmin olunması barədə müvafiq qərarlar qəbul edilib. Eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün 15 müraciətin icraatına "İnzibati icraat haqqında" Qanunun 72.2-ci maddəsinə uyğun olaraq xitam verilib, 5 müraciət vergi ödəyicisi tərəfindən geri götürüldüyü üçün "İnzibati icraat haqqında" Qanunun 75.1.4-cü maddəsinə əsasən, baxılmadan saxlanılıb. 20 müraciət "İnzibati icraat haqqında" Qanunun 80.1.1-ci maddəsinə əsasən, təmin edilməyib.

Müraciətlərdən 20-si barəsində şuranın eyni məzmunlu müraciətlər üzrə müvafiq qərarları olduğu üçün, 6 müraciətə baxılması zamanı onların predmeti aradan qalxdığı üçün, habelə, 7 müraciət təklif xarakterli olduğu üçün müvafiq məktublar göndərilib.

Müraciətlərdən 11-i üzrə qanunvericiliyə uyğun olaraq inzibati araşdırma davam etdirilir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024